Cəlilabad rayonu, Abacanlı kəndində 1 nəfər göldə batıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1991-ci il təvəllüdlü Hümbətov Şahmar Habil oğlunun cəsədi tapılıb sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 17:55-də başa çatıb.