Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Şaumyan kəndində meşədə yanğın baş verib.

Unikal.org apa-ya istinadən xəbr verir ki, hadisə yerinə 2 yanğınsöndürmə briqadası cəlb olunub.

Yerli sakinlər də yanğının söndürülməsində iştirak edir. Rayon rəhbərliyindən bildirilib ki, yanğının yayılma təhlükəsi yoxdur.