Göygöl sakini ağacdan yıxılaraq dünyasını dəyişib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Yalqışlaq kəndində qeydə alınıb.
Kənd sakini 1948-ci il təvəllüdlü Cabbarov Mustafa Əlibaba oğlu həyətində olan qoz ağacına çıxıb qoz çırpan zaman hündürlükdən yerə yıxılıb. Ağır bədən xəsarətləri alan M. Cabbarov dərhal xəstəxanaya yerləşdirilsə də, onu həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.