Qaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Çüdüllü kəndi ərazisində minik avtomobili idarəetməni itirərək aşıb və nəticədə 2 nəfər xəsarət alıb.

Yaralılar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.