Dənizdə batma təhlükəsi ilə üzləşən daha bir nəfər xilas edilib.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakının Suraxanı rayonunda dənizdə çimərkən batma təhlükəsi ilə üzləşmiş 1 nəfər Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən xilas olunub.
Əməliyyat saat 20:15-də başa çatıb.