Paytaxtın Xəzər rayonunda bədbəxt hadisə baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi, ev 4, mənzil 176 ünvanında yaşayan 2015-ci il təvəllüdlü Məmmədov Yusif Natiq oğlu nəzarətsiz şəraitdə evin pəncərəsindən yerə yıxılıb.
O, xəstəxanaya yerləşdirilib. Həkimlər körpənin vəziyyətini olduqca ağır kimi qiymətləndirir.
Fakt üzrə araşdırma aparılır.