Masallı rayonunda Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi 20 yaşlı Sədi Bəşirovun intihar etməsi ilə bağlı bəzi məqamlar üzə çıxıb. 

Unikal.org Lent.az-a istinadən  xəbər verir ki, idmanla məşğul olan gənc oğlanın anası uzun illər imiş ki, yataq xəstəsi imiş. Belə ki, Sədi anadan olandan az sonra onun anası yol qəzası zamanı ağır xəsarət alıb və yatağa düşüb. Xeyli müddət ailəsinin yanında olan Sədinin atası isə daha sonra başqa qadınla ailə quraraq Bakıya köçüb.

Gənc oğlanın hansı səbəbdən intihar etməsi hələlik tam dəqiq bilinməsə də, anasının yataq xəstəsi olmasının onda dərin psixoloji sarsıntı yaratdığı bildirilir.

Faktla bağlı Masallı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

12:59

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Bəşirov Sədinin intiharının bəzi təfərrüatları məlum olub.

Unikal.org xəbər verirki, Masallı rayonunun Şərəfə kənd sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, Sədi intihar etməzdən əvvəl yaxın qohumuna zəng edərək darıxdığını bildirib:

"Hadisə ayın 26-da, günorta saatlarında baş verib. O qohumuna deyib ki, "yaman çox darıxıram, səninlə görüşmək istəyirəm. Qohumu da onun dediyi yerə gedib. Lakin, onunla görüşdüyü, yoxsa artıq görüşəndə onun intihar etdiyi dəqiq məlum deyil. Sədigilin ailəsi köklü, hörmətli ailədir. Ona görə, nəsə demək çətindir. Onun əvvəllər avara uşaqlara qoşulduğu deyilir. Amma, ailəsi onun qarşısını ala bilmişdi, hər şey yaxşı idi. Birdən-birə oldu.

Masallı rayonunun Şərəfə kəndində intihar hadisəsi baş verib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Bəşirov Sədi özünü asıb.