Azərbaycanda iki gün ərzində baş verən yol qəzalarında 8 nəfər ölüb.

Unikal.org  Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, şənbə və bazar günləri ölkənin avtomobil yollarında ümumilikdə 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 8 nəfər ölüb, 10 nəfər xəsarət alıb.