Bakı şəhər Yasamal rayonu A.M.Şərifzadə küçəsində, "İnşaatçılar" metro stansiyasının kənarında yerləşən məşhur 5 mərtəbəli binalar sökülür.

Unikal.org bildirir ki, 7-yə yaxın 5 mərtəbəli binada artıq köçürülmə və söküntü işlərinə start verilib.
Binaların ətrafı mühasirəyə alınıb. "5 mərtəbə"lərin bəzi sakinləri artıq kirayə mənzillərə köçürülsələr də, bir çoxları evlərindən köçmək istəmirlər.

Səbəb kimi, veriləcək konpensasiyanın aşağı olmasını göstərirlər. Bununla belə, binaların birinci mərtəbəsində sahibkarlıq obyektləri də sökülür.

Söküntü işini həyata keçirən işçilərdən biri unikal.org-un əməkdaşına bildirib ki, söküntü həyata keçirilən binalar plana düşüb və sakinlər tədricən buradan köçürülür.

Apardığımız müşahidələr onu göstərdi ki, söküntüsü həyata keçirilən binların yerində hündürmərtəbəli yaşayış sahəsi salınacaq. Bu işi iki şirkət həyata keçirir.

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətindən münasibət öyrənmək mümkün olmayıb.

Amid Əyyuboğlu