Bakıda yoxa çıxdığı deyilən gənc qız tapılıb.
Unikal.org xəbər verir ki, bu barədə "Qafqazinfoya Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şəhanə Əhmədova deyib.
O bildirib ki, Şəbnəm Abbasova imtahana gedən zaman yolda yıxılıb, ayağı zədələnib:
"Mən atası ilə əlaqə saxladım, evindədir və itkin düşməsi ilə bağlı bir məlumat yoxdur. Ayağı zədələndiyi üçün müsahibədə iştirak edə bilməyib.
Xatırladaq ki, Lənkəran sakini, 1992-ci il təvəllüdlü Şəbnəm Nazim qızı Abbasovanın itkin düşməsi barədə polisə məlumat daxil olub.
Ş. Abbasova müəllimlərin işə qəbulu üzrə müsahibədə iştirak etmək üçün avqustun 24-də Bakı şəhərinə gəlib və həmin gündən yoxa çıxdığı bildirilmişdi.