Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Çardaxlı kəndində qeydə alınıb.

"VAZ 2106 və "Niva markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif bədən xəsarətləri alaraq Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyətinin orta-ağır, digərlərinin normal olduğu bildirilir. Qəzanın təfərrüatları müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.