Bakıda 16 yaşlı oğlan itkin düşüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi sakini, 2001-ci il təvəllüdlü İqbal Rüstəm oğlu Vəliyevin itkin düşməsi barədə polisə məlumat daxil olub.

Daxil olan məlumat əsasında axtarışlara başlanıb.