Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşları yaralanıb.

Unikal.org xəbər verir ki, Antalya vilayətində avtomobil qəzasında iki Azərbaycan vətəndaşı yaralanıb.

Hadisə nəticəsində xəsarət alan Leyla və Ziya Səfərovlar xəstəxanaya yerləşdiriliblər.

Məlumata əsasən, qəzada bir nəfər Türkiyə vətəndaşı həlak olub.