Tovuz rayonunda zəhərlənmə faktı qeydə alınıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, rayonun Əyyublu kənd sakini, 1950-ci il təvəllüdlü Şəhri İsayeva sirkə turşusundan zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Fakt araşdırılır.