Bakıda oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan şəxsin daha 6 əməlinin üstü açılıb.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Zaur Suleykinin ətrafında Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin yanvar-iyul ayları ərzində rayon ərazisində 1 avtomobildən və 5 evdən pul, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.