Londonun səs-küylü küçələrindən birində qaraya bürünmüş skripkaçı Qubadlının işğalı günündə Azərbaycanın kədərli musiqisini ifa edib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, London küçələrində şəxsi mövqeyin dinc ifa edilməsi Böyük Britaniya qanunlarına uyğun olmasına baxmayaraq, Ermənistan səfirliyinin diplomatı musiqiçinin bu hərəkətinə emosional tərzdə reaksiya verib. Erməni diplomatı hətta musiqiçinin əlindən skripkanı almağa belə cəhd göstərib. Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) London nümayəndəliyinin başçısı Cek Peqoraro Qubadlının işğalı günü barəsində məlumat verdikdən sonra erməni diplomatı Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğal edilməsi faktına sərt cavab verib, əsəblərini cilovlaya bilməyib və sonda polis çağırıb. Hadisə yerinə gələn polis əməkdaşı deyib: "Bura Böyük Britaniyadır. Burada hər kəsin öz dinc etirazını nümayiş etdirmək hüququ var.
Cek Peqoraronun dediklərindən: "Bugünkü etiraz aksiyası Azərbaycanın Qubadlı rayonunun işğalının 24 illiyi ilə bağlıdır. Qara paltar geyinmiş üzü bağlı bir xanımın "Bayatı Şiraz və "Sarı Gəlin musiqil əsərlərini ifa etməsi qətlə yetirilmiş və ya öz yurd-yuvalarından didərgin salınmış azərbaycanlılara həsr edilir. Ermənistan səfirliyinin qarşısına yığışaraq biz ermənilərin yadına salmaq istəyirik ki, Azərbaycan Dağlıq Qarabağ və ona bitişik bölgələrin işğalı ilə heç zaman barışmayacaq.