Ağcabədidə canavarlar təsərrüfata hücum edib.
Unikal.org bildirir ki, APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Şənlik kəndində baş verib.
Kənd sakini Arif Məmmədova məxsus təsərrüfata hücum edən canavarlar 15 baş qoyunu parçalayıb, 22 qoyunu isə ölümcül vəziyyətə salıb.
Rayon baytarlıq idarəsinin əməkdaşları hadisə yerində olub, yaralı heyvanlara vaksin vurub, ölən heyvanları isə basdırıblar.