Daşkəsəndə usta hündürlükdən yıxılaraq xəsarət alıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Samux rayon sakini 1967-ci il təvəllüdlü Hacəddin Əliyev müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Məlumata görə, H.Əliyev Daşkəsən rayonu Alaxançallı kəndində usta kimi işləyən zaman hündürlükdən yıxılaraq xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.