Göyçay şəhər Dövlət İdarəetmə və Texnologiya Kollecinin müəllimi intihar edib.
Unikal.org apa-ya istinadən xəbərinə görə, 1984-cü il təvəllüdlü Həmidov Hüseyn Maarif oğlu bu gün səhər yaşadığı evin həyətində özünü kəndirlə asıb. İntiharın səbəbi məlum deyil.
Fakt üzrə rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
H. Həmidov 1 uşaq atası idi.
Qeyd edək ki, Hüseyn Həmidov Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xəlil Orucovun bacısı oğludur.