Gürcüstan prezidenti Giorgi Marqvelaşvili ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Gürcüstan prezidentinin administrasiyasına istinadən verdiyi xəbərə görə, dövlət başçısı müsəlmanlara sülh və əmin-amanlıq arzulayıb.
"Gürcüstanın müsəlman icması cəmiyyətimizin ayrılmaz hissəsidir. Bizim əcdadlarımız ölkəmizi birlikdə qurublar və tarix yaradıblar. Sizi və ailələrinizi Qurban bayramı münasibətilə təbrik edərək uğurlar və firavanlıq diləyirəm, - deyə G. Marqvelaşvili təbrikində qeyd edib.