Xaçmazda ölümlə nəticələnən qəza baş verib.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, Xaçmazın Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi "VAZ-2106 və Sahib Həsənovun idarə etdiyi "KamAZ markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.