"Azərişıq 49 ailə üçün çətin relyefdə əl əməyi ilə elektrik şəbəkəsi qurub.
Prezident İlham Əliyevin "İşıqlı Azərbaycan layihəsi sayəsində Astara rayonunun ucqar Şəvqo kəndində ikiqat bayram yaşanıb. Qurban Bayramı günündə tarix boyu elektrik enerjisi olmayan Şəvqo kəndinə "Azərişıq ASC tərəfindən işıq verilib. Meşəliyin içində, çaylar, qayalıqlar arasında, bir sözlə ən çətin relyefdə yerləşən bu kəndə texnikadan istifadə etmək mümkün olmadığından əl əməyi ilə şəbəkə qurulub.
Unikal.org bildirir ki. ömrü boyu işığı olmayan 49 yaşayış evinin və ya 250-dən artıq insanın elektrik enerjisi ilə təmin edilməsi üçün 2 km 10 kV-luq və 5 km 0,4 kV-luq məsafədə özünüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətti çəkilib. 1 ədəd 10/0.4 kv -luq 63 kva gücündə transformator məntəqəsi quraşdırılıb. Abonentlərin evlərinə 49 ədəd sayğac qoyulub. "Azərbaycanın hər bir nöqtəsi keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmalıdır devizi üzərində qurulan "İşıqlı Azərbaycan layihəsi sayəsində işıqlı günə çıxdıqları üçün kənd sakinləri ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər. "Azərişıq ASC-nin məsul vəzifəli şəxsləri elektrik enerjisinin qoşulması prosesində iştirak ediblər və kənd sakinləri ilə birgə ilk dəfə evlərin işıqlarını yandırıblar. Şəvqo kəndində qurbanlar kəsilib.
Maraqlıdır ki, ömür boyu elektrik enerjisi olmayan Şəvqo sözünün mənası - şəv "gecə, qo "yeri deməkdir. Odur ki, artıq "gecəyeri mənasını verən Şəvqoda gecə də gündüz kimi işıqlı olacaq. "Azərişıq ASC ölkənin istənilən nöqtəsində məskunlaşan vətəndaşlarımıza xidmək etməkdən qürur duyur.