Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşıb. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçib.
Unikal.org xəbər verir ki, Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov APA-nın yerli bürosuna bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.
Qeyd edək ki, Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.