Qoç - Gün sizə çox uğursuz görünür. Müsbət tendensiyalar arabir varlığını hiss etdirir, amma əhvalınızın düzəlməsi üçün bu kifayət etmir. Xüsusilə vacib görüşlərə gedənlər, seminar və konfranslar keçirən, kütlə qarşısında çıxış edənlər üçün çətin olacaq. Sadəcə sənədlər, alətlər və yaxud maraqlı bir kitabla başbaşa qalan Qoçların vaxtı daha yaxşı keçəcək.
Yaxınlarınızla münasibətləriniz hamar, amma bir az soyuqdur, bu isə sizi narahat edir. İnsanlar haqda dayaz düşünür, etibara layiq olmayan adamlara sirlərinizi verirsiniz.

Buğa - İşdə ciddi fikir ayrılıqları olacaq. Bunları aradan qaldırmaq üçün nəzakətli olmaq lazım gələcək. Düşündüyünüzü dilinizə gətirməyə tələsməyin. Amma yenə də "illah da deməliyəm!" niyyətindəsinizsə, öncə iki dəfə düşünün. Şəxsi maraqlarınız işdəki ilə heç üst-üstə düşmür, bu isə sizi təbdən çıxarır.
Günün ikinci yarısı xoş sürprizlər gözləyin. Çoxdan düşündüyünüz bir planı həyata keçirmək şansınız yaranacaq. Hadisələrin uğurlu inkişafı maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verəcək.

Əkizlər - Günün birinci yarısı enerjinizin aşıb-daşdığını hiss edəcəksiniz. Mürəkkəbliyindən, qarışıqlığından asılı olmayaraq istənilən işin qulpundan yapışmağa hazırsınız. Peşəkar ambisiyalarınız güclənir, yaradıcı planlarınızı həyata keçirmək həvəsiniz də artır. Ancaq bu gün vaxtından tez "yanırsınız": təsadüfən uğursuzluğa düçar olursunuzsa, başladığınız işə olan bütün həvəsiniz itir.
Axşam vəziyyət 180 dərəcə dəyişir. Qaraqabaq, qapalı birinə çevrilir, ünsiyyəti məhdudlaşdırırsınız. Yaxınlarınızın diqqəti və qayğısı sizi sevindirmək əvəzinə, daha da əsəbləşdirir. Sizinlə dil tapmaq çox çətindir.

Xərçəng - Məhsuldar gündür. İş görmək vaxtıdır. İrimiqyaslı işgüzar planlarınızı həyata keçirməyə çalışın. Xeyli məsələnin öhdəsindən gəlmək gücündəsiniz. Sizə şübhə edənlərə tam əksini sübut edə bilərsiniz. Vacib sənədlər, uzunmüddətli müqavilələr imzalaya bilərsiniz.
Ancaq emosional durumunuz elə də yaxşı deyil. Öz qələbələrinizə sevinmirsiniz. Bir çox Xərçənglər bu yaxınlarda yaranmış şəxsi problemləri səbəbindən narahatdırlar, qara fikirlərdən can qurtarmaq çətindir. Günün ikinci yarısında miqren və yuxusuzluqdan əziyyət çəkə bilərsiniz.

Şir - İşə köklənmək elə də asan deyil. Çünki fikriniz tamam başqa yerdədir. Həmkarlarınızla mübahisələr mümkündür. Çətin ki, rəhbərlik vəzifənizi yerinə yetirmək tərzinizdən razı qalsın. Pulları havaya sovurmağa meyllisiniz. Nə ilə bitəcəyi barədə isə heç fikirləşmirsiniz.
Bu günün çətinliklərinə baxmayaraq, yaxşı əhvalı və həyata nikbin baxışınızı qoruyub saxlayırsınız. Vaxtilə birlikdə oxuduğunuz və yaxud ümumi elmi maraqlarla bağlı olduğunuz insanlarla görüşlər üçün əla gündür.

Qız - Müsbət və mənfi tendensiyalar sizin əhvalınıza hakim olmaq uğrunda sanki savaşa çıxıblar. Bu səbəbdən tarazlığı saxlamaq çətindir. Qarşınıza qoyduğunuz məsələləri həll etmək asan olmayacaq, amma təslim olmağa niyyətiniz yoxdur. Çoxdankı düşməninizə qalib gələ bilərsiniz, amma onun yerinə iki, hətta üç yenisi çıxacaq.
Yaradıcı fəaliyyətə köklənin, uzun müddət qurduğunuzu isə qoruyub saxlamağa, dağıtmamağa çalışın. Yeni ideya və maraqlar köhnələrini sizə unutdurmasın. Eyni sözləri romantik münasibətlər barədə də söyləmək olar.

Tərəzi - Asan və xoş ünsiyyətlər, görüşlər, işvə-naz və yüngül flirt günüdür. Vacib məsələlərin həllinə çalışmayın, onsuz da onlara lazımi ciddiliklə yanaşa bilməyəcəksiniz. Gizli saxlamaq istədiyiniz bir məlumatın yayılması mümkündür: narahatlığınıza rəğmən, bunun sizə ziyanı dəyməyəcək.
Bu gün şayiələr çox olacaq, heç birinə inanmayın. Qadınlarla münasibətlərdə təmkinli və ehtiyatlı olun: onlar öz maraqları xatirinə sizdən istifadə etməyə çalışacaqlar.

Əqrəb - Aktivlik bir çox işinizi irəlilədəcək. Bir növ - Veni-Vidi-Vici. Amma məhz lazım olan yerə getmək lazımdır. Yəni ölçüb-biçmək pis olmaz. Uğurlu işgüzar səfərlər mümkündür. Biznesmenlər öz işlərini genişləndirmək şansı qazanacaqlar.
Vacib sənədlər, eyni zamanda şəxsi həyatınıza aid olanları imzalaya bilərsiniz. Ziyafətlər gözləntinizi doğrultmayacaq. Axşam dostlarınızla aranızda ciddi fikir ayrılıqları mümkündür.

Oxatan - Vaxtında kömək üçün müraciət etsəniz, çox şeyə nail ola bilərsiniz. Ancaq lazımi adamı tapmaq asan olmayacaq. İntuisiyanız, elə bil, ağzına su alıb. Kütlə qarşısında çıxışlar pis keçmir, amma çox yorur. Başağrısı, yaxud halsızlıq qazana bilərsiniz.
Maliyyəyə aid işlərdə ağıl nümayiş etdirirsiniz. Sövdələşmələr, iri alış-veriş üçün münasib gündür. İstedadlarınız üzə çıxır. Yeni pərəstişkarlarınız peyda olur.

Oğlaq - Bu gün çox çətin olacaq, yalnız axşama doğru müsbət tendensiyalar özünü göstərəcək. Bir qırağa çəkilin, gizlənin və gözləyin - bu, xoşagəlməz situasiyalardan qurtulmağın yeganə yoludur. Rəhbərlikdən, nüfuzlu adamlardan, dövlət idarələrinin işçilərindən uzaq durun.
Güclü və müdrik bir insanın dəstəyini qazana bilərsiniz. Ancaq bu o halda mümkündür ki, siz onun elə də xoşunuza gəlməyən məsləhətinə əməl etməyə özünüzdə güc tapasınız. Ailədəki fikir ayrılıqları sizi ciddi görünmür, amma onların kökü uzaq keçmişlə bağlıdır, düşünməyə dəyər.

Dolça - Xoş bir gün olacaq. Yaxşı əhval-ruhiyyəni günün sonunadək qoruya bələcəksiniz. Sizi sevindirmək üçün çox az şey gərəkdir. Sevdiyiniz adam sizdən diqqət və qayğını əsirgəmir. Dostlarla ünsiyyət üçün əla gündür. Onlar sizin hər bir ideyanızı dəstəkləyəcəklər.
İşdə vəziyyət elə də parlaq deyil, çünki bu sizi tamamilə maraqlandırmır. Eyni zamanda vəzifənizi düzgün yerinə yetirməkdən də imtina etmirsiniz və rəhbərlik sizdən razıdır.

Balıqlar - Günün birinci yarısı həddən artıq diqqət və ehtiyat tələb edəcək. Bu dövrdə yaxşı olardı ki, ümumiyyətlə heç nə etməyəsiniz, amma belə bir imkan çətin yarana. Ən azından, vacib qərarlar verməyə, bütün körpüləri yandırmağa tələsməyin. Həm fiziki, həm mənəvi gücünüzü qoruyub saxlayın.
Axşam daha xoş keçəcək. İstənilən faydalı fəaliyyət üçün münasib gündür. Yaradıcı potensialınız yüksəkdir, həm özünüzün, həm sizə yaxın olan insanların həyatını maraqlı etməyə çalışırsınız.

Milli.Az