Sumqayıt şəhər sakini marketdən aldığı yoqurtdan istifadə edən zaman məhsulun içərisindən qurd çıxıb.
Unikal.org Xezerxeber.az-a istinadən bildirir ki, belə bir mənzərə ilə Sumqayıt şəhər sakini Murad Şıxıyev qarşılaşıb. Onun sözlərinə görə, 31 avqust tarixində Sumqayıtda yerləşən "Hiper" marketdən yoqurt alıb. Yoqurtun üzərində onun 23 avqust tarixində istehsal olunduğu, son istifadə müddətinin isə sentiyabrın 21-də başa çatdığı göstərilir.
Murad Şıxıyev deyir ki, yoqurtu bir gün soyuducuda saxladıqdan sonra istifadə etmək istəyib. Bu zaman gördüyü mənzərədən dəhşətə gəlib.
Şikayətçi deyir ki, belə halla ilk dəfədir qarşılaşır.
Amma Murad Şıxıyev marketdən yoqurt alan zaman onun qutusuna fikir verməyib.
Məsələ ilə bağlı sözügedən marketə üz tutduq. Marketin müdir müavini Arif Həsənov bildirdi ki, satışa çıxarılan məhsulla bağlı onlara heç bir şikayət daxil olmayıb.
Amma çəkiliş apardığımız müddətdə məhsullar piştaxtalardan yığışdırlıdı.