Gəncə sakini Daşkəsəndə xəsarət alıb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Gəncə sakini 1978-ci il təvəllüdlü Pənah Rüstəmov işlədiyi, Daşkəsəndə fəaliyyət göstərən mədən şirkətinin ərazisində yıxılaraq dəzgaha dəyib və ağır xəsarət alıb. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.