Gəncə şəhərində bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadn xəbər verir ki,  hadisə Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbədə 20-DH-098 dövlət seriya nişanlı, "Niva" markalı avtomobillə 90-NR-668 dövlət seriya nişanlı, "Mercedes-Benz" markalı avtomobil toqquşub. Hadisə zamanı "Niva" markalı avtomobilinin sürücüsü və sərnişini, habelə "Mercedes"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralılardan birinin - 1961-ci il təvəllüdlü Əliyeva Fəridə Həsən qızının vəziyyətinin orta ağır olduğu bildirilir
Hadisəyə səbəb kimi "Niva" markalı avtomobilin sürücüsünün sərxoş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.