Xəzərdə batan şəxsin kimliyi məlum olub.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə batdığı bildirilən şəxs - 1990-cı il təvəllüdlü Hacızərova Arzu Nazim qızıdır.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar davam etdirilir. Əlavə məlumat veriləcək.

xxx

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 1 nəfər dənizdə batıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək.