Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən xəbərinə görə, Ramana qəsəbəsinin Bünyadov küçəsində yaşayan 1988-ci il təvəllüdlü Bədəlov Hakim Hikmət oğlu tanışı ilə mübahisə edib.
Əlbəyaxa dava zamanı tanışı onun sol ayağının baldır sümüyünü sındırıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb.