Oğuzda 16 yaşlı qız sirkə turşusundan zəhərlənib.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, sentyabrın 3-ü axşam saat 18 radələrində Oğuz rayonu Zərrab kənd sakini 2001-ci il təvəllüdlü Əfsanə Bəxtiyar qızı Kərimova zəhərlənmə əlamətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.
MRX-dan verilən məlumatda bildirilir ki, müayinə zamanı 16 yaşlı Əfsanə Kərimovanın yaşadığı ünvanda bilməyərəkdən sirkə turşusu qəbul etdiyi məlum olub. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Əfsanə Kərimovaya lazımi tibbi yardım göstərilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.