Bakıda körpə 7-ci mərtəbədən yerə yıxılıb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ə.Əliyev küçəsi, ev 52 mənzil 153 ünvanında yaşayan 2014-cü il təvəllüdlü Əliyev Kənan Nəsiyət oğlu valideyn nəzarəti olmadan mənzilin pəncərəsindən yerə yıxılıb. Xoşbəxtlikdən körpə öncə peyk antenasının üzərinə düşüb. Daha sonra ikinci mərtəbədə yerləşən antenanın üzərindən ağacın budağının üstünə yıxılıb.

O, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş kimi qiymətləndirir.