Bakıda polis avtomobili qəzaya düşüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Bakıxanov küçəsində qeydə alınıb. Bakı şəhər sakini, Sərdar İsgəndərovun idarə etdiyi "Mercedes markalı avtomobil Nəsimi rayon Polis İdarəsinə məxsus, polis nəfəri Xəlil Allahverdiyevin idarə etdiyi "Fiat Doblo markalı maşınla toqquşub.

Qəza nəticəsində ölən və xəsarət alan olmayıb.