Bakıda qadın sirkə turşusundan zəhərlənərək ölüb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1986-cı il təvəllüdlü Xəyalə Natiq qızı Cavadova səhvən sirkə turşusu içib. Nəticədə xəstəxanaya yerləşdirilən qadın orada ölüb.

Faktla bağlı araşdırma aparılır.