Dövlət Sərhəd Xidməti əməkdaşları tərəfindən axtarışda olan və ya cinayət törədərək digər ölkə ərazisində gizlənmək məqsədi ilə dövlət sərhədini keçməyə cəhd edən şəxslərin aşkarlanması istiqamətində uğurlu fəaliyyət davam etdirilməkdədir.
Unikal.org DSX-ya istinadən xəbər verir ki, 31.08.2017-ci il tarixdə əvvəllər məhkum olunmuş Azərbaycan Respublikası vətəndaşı 19.06.1973-cü il təvəllüdlü Rzayev Ədalət Zakir oğlu Ağstafa rayonunun Sadıxlı kəndində yerləşən sərhəd zastavasının xidməti ərazisindən dövlət sərhədini pozaraq Gürcüstana keçməyə cəhd göstərərkən sərhədçilər tərəfindən saxlanılıb.
Aparılmış ilkin araşdırma nəticəsində Rzayev Ədalət Zakir oğlu barəsində DİN Gədəbəy rayon polis şöbəsi tərəfindən AR CM-nin 185.2 maddəsi ilə (avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qaçırma) cinayət işi başlanıldığı və bu səbəbdən onun ölkə ərazisini qeyri-qanuni yolla tərk etməyə cəhd göstərməsi müəyyənləşdirilib.
Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.