Bakıda sərnişin avtobusu piyadanı vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  yol-nəqliyyat hadisəsi Nizami rayonunda qeydə alınıb.

Belə ki, Abbas Muradovun idarə etdiyi 35 saylı marşrut avtobusu 8-ci kilometr bazarının qarşısında yol kənarında dayanmış 67 yaşlı Mehrəliyev Şahmar Xıdır oğlunu vurub. Ş.Mehrəliyev ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.