Şəmkirdə xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib.

Rayon sakini, 1937-ci il təvəllüdlü Münəvvər Hümbət qızı Əliyeva hərəkətdə olan traktor tərəfindən vurulub.

Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.