Bakıda "Topaz"-dan oğurluq olub.

Unikal.org Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiklərinə görə tutulan Vüsal Həsənovun, Vüsal Səmədovun və Fuad Rəhimovun ətraflarında Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onların digər oğurluq əməlləri də aşkarlanıb.

Belə ki, şübhəli şəxslərin iyunun 18-də və avqustun 26-da rayon ərazisndə 1 kafedən 170 manat pul və "Topaz mərc oyunları məntəqəsindən 1000 manat dəyərində lotoreya, 340 manat dəyərində uduş kuponu və orada işləyən Ə.Mərhəmətə məxsus içərisində pul, mobil telefon, bankomat kartı və sənəd olan çantanı oğurlamaları da müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.