Atasının pulunu oğurlayan oğul həbs edilib.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı PB-yə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlanmasını bildirib.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov tutulub. O, hadisəni törətdiyini etiraf edib.