Gədəbəydə qadın özünü güllələyib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə hadisə rayonun Samanlıq kəndində qeydə alınıb. Kənd sakini 1966-ci il təvəllüdlü Məmmədova Solmaz Ədil qızı yaşadığı evdə ov tüfəngi ilə özünə atəş açıb. Ağır xəsarət alan qadın dərhal xəstəxanaya yerləşdirilib. Hazırda əməliyyat olunur. İlkin məlumata görə 51 yaşlı qadın ailə münaqişəsi zəminində özünə atəş acıb.
S. Məmədovanın ailəli olduğ lakin övladı olmadığı bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.