Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. 

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Naftalan Qızılhacılı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "Mercedes markalı avtomobil əvvəlcə 30 yaşlı Naftalan şəhər Qaşaltı kənd sakini Məmməd Qocayevi vurub. Daha sonra "Mercedes "VAZ 21011" markalı avtomobilə çırpılıb. Qəza zamanı piyada hadisə yerində ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.