Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Ağdaş şəhəri Cəlil Məmmədquluzadə küçəsində yaşayan, 1964-cü il təvəllüdlü Rüstəmov İlqar Məmmədəli oğlu intihar məqsədilə sirkə turşusu içib.

Ailə üzvləri İlqar Rüstəmovu ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.