"Facebook"un sahibi "Whatsappdan pul qazanmağın yeni üsullarının tətbiqinə hazırlaşır. Belə ki, şirkətlər bu sosial şəbəkədən istifadə etmək üçün ödəniş edəcək.

Unikal.org  xəbər verir ki, müəyyən müddətdir test mərhələsində olan bu yeniliyin yaxın zamanda tətbiqi gözlənilir.

Vatsapın əməliyyat direktoru Matt İdema artıq bununla bağlı rəsmi açıqlama da verib.

Məlumata görə, bir milyarddan çox istifadəçisi olan mesajlaşma şəbəkəsinin şirkətlər üçün əlavə xidmətlər də təklif edəcəyi diqqət mərkəzindədir.

"Facebook" 2014-cü ildə hazırda istifadəçi sayı 1 milyardı ötən "WhatsApp"ı 22 milyard dollara satın alıb. Yaxın günlərdə bu xidmət hesabların rəsmi olduğunu sübut edən yaşıl işarə özəlliyini əlavə etmişdi.