Zabrat yolunda "Mətanət A" şirkətinə məxsus yük maşınının iştirakı ilə qəza baş verib.
Unikal.org AFN-ə istinadən xəbər verir ki, xoşbəxtlikdən hadisə nəticəsində ciddi xəsarət alan olmayıb. Lakin avtomobillərə zərər dəyib.
Qəzaya səbəb 90 JS 731 nömrə-nişanlı "Hyundai" markalı yük avtomobilinin yüksək sürətlə hərəkət edərək işıqforda qırmızı işığın tələbinə məhəl qoymaması olub. Şahidlər bildiriblər ki, qəzada zərər görən "Mercedes S klass" gəlin avtomobilinin sürücüsü cəhd göstərsə də, hadisədən qaça bilməyib. Hadisə dayanacaqda insanların marşrut gözlədiyi vaxtda baş verib. Qəza zamanı Sabunçu qəsəbəsininin böyük bir hissəsini mavi yanacaqla təmin edən qaz borusu da sınıb.