Bu gün səhər saat 9:30 radələrində Kürdəxanı-Pirşağı yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA TV-yə istinadən xəbər verir ki,  "Mercedes E Klass" markalı 90 NF 513 dövlət nömrə nişanlı avtomobil evakuatorla toqquşub.

Hadisə şahidlərinin sözlərinə görə, evakuator dönmə əməliyyatı yerinə yetirən zaman "Mercedes" onu arxadan vurub. Nəticədə avtomobildə olan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerində olan vətəndaşların köməyi ilə avtomobildə sıxılmış vəziyyətdə olan sərnişinlər və sürücü salondan çıxarılıb.

Fakt araşdırılır.

13:32

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda "Mercedes markalı minik avtomobili və "Mercedes markalı evakuator toqquşub.

 
Unikal.org nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri minik avtomobilinin sərnişini, 1994-cü il təvəllüdlü Cəfərova Rumiyə Ramiz qızının cəsədini nəqliyyat vasitəsindən çıxarıblar. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.