Xəbər verdiyimiz kimi, Azərbaycanda "Alabay cinsindən olan bahalı it oğurlanıb. Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışan, itin sahibi Samir Mayılov Polis Bölməsinə müraciət edərək itinin tapılmasın üçün köməklik göstərilməsini xahiş edib. Məlumatda həmçinin, S.Mayılov itini tapan şəxsə 1000 manat mükafat vəd etməsilə bağlı da qeyd olunur.
Məsələ ilə bağlı unikal.org-a qısa açıqlama verən Samir Mayılov bu barədə danışmaq istəmədiyini dilə gətirib: "İtimin itməsi mənim şəxsi məsələmdir. Həyatımdakı şəxsi məsələləri müzakirə etmək istəmirəm. İtimin tapılması ilə bağlı heç kimə mükafat vəd verməmişəm. Xahiş edirəm məni boş-boş məsələlərlə bağlı narahat etməyin. Sağ olun!.