Qulaq çöpləri əslində qulaqların içini təmizləmək üçün nəzərdə tutulmayıb.
Unikal.org bildirirki, bundan əlavə LOR həkimləri bu çöpləri ən ziyanlı və təhlükəli əşya hesab edir.
Yalnız ABŞ-da hər gün xəstəxanalara qulaq çöplərindən istifadəyə görə ciddi qulaq travmaları alan 34 uşaq daxil olur. İl ərzində bu 125 000 uşaq təşkil edir. Bu məlumatı Ohayo Kliniki xəstəxanasının mütəxəssisləri yayıblar.
Travmaların səbəbi qulaqların təmizlənməsi (73% hallarda), qulaq çöplərindən oyuncaq kimi istifadə etmək (10% hallarda), qulaqda qulaq çöpü ola-ola yıxılma (9% hallarda). Pasiyentlərin yarısı 3 yaşına çatmamış uşaqlardır.
Ən yayılmış travmalar - təbil pərdəsinin və yumşaq toxumların zədələnməsidir. 99% hallarda travmalar yüngül olsa da bəzən qulaq çöpündən istifadə çox ciddi fəsadlara, hətta karlığa səbəb olur.
Lor həkimləri növbəti dəfə xatırladır ki, qulaq özü-özünü təmizləyən orqandır. Qulaqda yığılan "çirk" əslində qulağı mikroblar, toz və s.-dən qoruyan çox vacib maddədir. Bu maddə qulaqda daim əmələ gəlir və heç bir müdaxilə olmadan özü-özündən qulaqdan çıxır. Qulaq çöpləri isə qulaq çirkini qulağın dərinliyinə itələyərək təbil pərdəsinin travmalarının riskini artırır.(saglamolun.az)