"Sahil bağı tərəfdə fəaliyyət göstərən "26 adlı restoranın köhnə "26-lara işarə verdiyi iddia olunur.
Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə tarixçi Elmar Həsənov sosial şəbəkədə yazıb. O, fikrini belə ifadə edib:"İndiki "Sahil bağı, vaxtilə "26-lar bağı adlanırdı. İndi isə həmin ərazidə "26 adlı restoran fəaliyyətə başlayıb. Niyə məhz bu ərazidə?
Bir neçə il qabaq həmin bağdan onların cəsədləri çıxarılıb. Demək, həmin "26-ların nəvə və nəticələri Azərbaycanda yaşayır. Məhz həmin ərazidə babalarının ruhunu yaşadırlar. Bu qədər təsadüf olmaz-¦
Həmçinin tarixçi Dilavər Əzimli də məsələyə biganə qalmayıb. O, həmin məkanın fotosunu paylaşaraq, hüquq-mühafizə orqanlarından açıqlama tələb edib:
"Sahil bağı tərəfdə "26 adlı restoran açıblar. Adını da ingilis dilində yazıblar. Bu nədir? Bura Ermənistandırmı? Bunlar kimdir? Bunların arxasında hansı şəbəkə dayanır? Bu, lap ağ etmək oldu. Azərbaycan xalqını qanına qəltan edən "26-lara Bakının mərkəzində restoran açılıb. Buna görə biz hüquq-mühafizə orqanlarından açıqlama tələb etməliyik. Bunu edənlər bu dərəcədəmi həddi aşdılar? Dağlıq Qarabağda erməni məskunlaşması gedir. Bakıda da "26-lar restoranı açılır. Bu dərəcədəmi zəlil olduq? Düzü, məəttəl qalıram-¦