Bakıda intihar hadisəsi baş verib.
Unikal.org lent.az-a istinadən verdiyi məlumata görə, gecə saat 02:20 radələrində Qaraçuxur qəsəbəsində yerləşən parkdakı turnikdən 1995-ci il təvəllüdlü Tağıyeva Günel Samir qızının iplə asılmış meyiti tapılıb.
Gənc qızın hansı səbəbdən həyatına son qoyması məlum deyil.
Faktla bağlı Suraxanı rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.