Sentyabrın 6-da Günəşdə son 12 ilin ən güclü partlayışı qeydə alınıb. Alimlərin bildirdiyinə görə, partlayışın gücü elə böyük olub ki, onu qeydə alan peyk sıradan çıxacaqmış. Nəticədə, Avropa və Amerika Birləşmiş Ştatlarında kommunikasiya əlaqələrinin zəifləməsinə səbəb olub.

Unikal.org AzərTac-a istinadən xəbər verir ki, N.V.Puşkov adına Rusiya Elmlər akademiyasının ionosfer və radiodalğaların yayımı, Yer maqnetizmi İnstitutunun kosmik hava Mərkəzinin mütəxəssisləri bu partlayışı ən maksimal gücə yaxın hesab edir: "X9.3, burada "X "həddən artıq güclü partlayış növünə aiddir, rəqəm isə partlayışın gücünün göstəricisidir. Bu cür hallarda kosmik texnika və rabitə sistemləri işləməmək təhlükəsi daşıyırlar. Buna görə Avropa və Amerika Birləşmiş Ştatlarında kommunikasiya əlaqələri pisləşib.

ABŞ-ın Kosmik hava proqnozlaşdırma Mərkəzinin ekspertləri bildirir ki, partlayış nəticəsində güclü geomaqnit fırtına baş verəcək. Bunun nəticəsi olaraq, sabah, sentyabrın 8-də Yer kürəsində maqnit qasırğası gözlənilir. Qasırğa nəticəsində insanların səhhətlərinin pisləşməsinə səbəb olacaq.

Hazırda alimlər "X partlayışı nəticəsində tullantıların olub və ya olmamağını müəyyənləşdirir. Əgər tullantı olubsa Yer kürəsinə sentyabrın 8-9-da çatacaq.