"Turan" İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin girov müqabilində dəyişdirilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə vəkil Fuad Ağayev məlumat verib. Şikayətə sabah Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, M. Əliyev barəsində Cinayət Məcəlləsinin 192.2-ci (qanunsuz sahibkarlıq), 213.1-ci (vergi ödəməkdən yayınma və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə cinayət işi başlanıb.
Yasamal Rayon Məhkəməsinin qərarı ilə M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə M. Əliyev barəsində seçilən həbs qərarının girov müqabilində dəyişdirilməsi ilə bağlı vəsatəti təmin etməyib.